Qarsda 14 azərbaycanlı qadın saxlanıldı

23 İyul 2018 13:30 (UTC+04:00)

Qars rayon polis idarəsinin əxlaq bürosu Karadağ məhəlləsində yerləşən gecə klublarından birində əməliyyat keçirib. 

Movqe.az oxu.az-a istinadla xəbər verir ki, əməliyyat zamanı işləmə icazəsi olmayan 31 əcnəbi qadın saxlanılıb. 

Məlumata görə, saxlanılanlardan 14-ü azərbaycanlı, dördü rus, ikisi gürcü, yeddisi erməni, üçü özbək, biri isə moldovalıdır. 

 

Sənədləşmələrdən sonra Posof sərhəd-keçid məntəqəsindən deportasiya ediliblər.