Axtarışda olan Azərbaycan vətəndaşı Rusiyada saxlanıldı

23 İyul 2018 13:45 (UTC+04:00)

Rusiyanın Kazan şəhərindəki hava limanında beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı saxlanılıb.

Movqe.az report-a istinadən xəbər verir ki, məlumatı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Tatarıstan üzrə Baş İdarəsinin mətbuat xidməti yayıb. 

 

Ad-soyadı açıqlanmayan 30 yaşlı Azərbaycan vətəndaşının oğurluqda şübhəli bilindiyi açıqlanıb. O, Tbilisiyə uçmağa çalışarkən saxlanılıb və ekstradisiya prosedurunun həyata keçirilməsi üçün polisə təhvil verilib.