Ebru Gündəş lampalı paltarda

30 Aprel 2012 17:50 (UTC+04:00)

Türkiyənin məşhur müğənnisi Ebru gündəş dünən axşam İstanbulda konsert proqramı ilə çıxış edib. Movqe.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, E.Gündəş, mahnılarıyla onu sevənlərə unudulmaz bir gecə yaşadıb. Min dənə LED ampulunun (ampul lampaları) bir-bir əldə tikilməsiylə hazırlanan işıqlı geyimiylə diqqət çəkib. E.Gündəş ilk ifa etdiyi mahnı zamanı salonun bütün işıqları söndürülüb və müğənni səhnədə parlayıb.

Fuad Mədətov

Movqe.Az