Ölkənin baş onkoloqu: "Mən Allahın quluyam və öz vəzifə borcumu yerinə yetirirəm"

12 Aprel 2013 17:15 (UTC+04:00)
Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli vaxtıilə Azərbaycanda özəl klinikalarında çalışmış Hamdi Koçerin mətbuata ardı-ardına səsləndirdiyi ittihamlara cavab verib. " H. Koçer mətbuata belə bir açıqlama verib- "Mən lazım olanları dedim, azəri qardaşlarımızın də bir az cəsarət edib həqiqətləri danışması lazımdır. Həkimləriniz və xəstələriniz mənə oradakı həqiqətləri başa salır, amma heç kim mətbuata açıqlama vermir. Dediyim kimi mənə cavab verən adam siyaətsətçinin əmr quludur. Onun işi özünə verilən əmri yerinə yetirməkdir. Ona danış deyirlər, o danışır". Mən türk qardaşımızın bu sözlərinə cavab olaraq demək istəyirəm ki, onun azəri qardaşları həmişə cəsarətlidir. H. Koçerə üzümü tutub mətbu orqanlar vasitəsilə demək istəyirəm ki, mən heç kəsin əmrini yerinə yetirmirəm. Bir azərbaycanlı kimi, ölkənin baş onkoloqu kimi öz vəzifə borcumu yerinə yetirirəm. Mən bilmirəm H. Koçer kimin quludur, mən  Allahın quluyam. Özünü elm insanı adlandıran H. Koçerə demək istəyirəm ki, yaxşı olardı ki, bizə qarşı səsləndirdiyi ittihamları elmi jurnallarda, tibb qəzetində çap etdirərdi. Azərbaycanın bütün alimləri yığışıb masa arxasında müzakirə apararaq nəticə çıxardardı. Orda-burda ağzına gələni danışıb, yalan sözlərlə ictimaiyyəti çaşdırmazdı. Əgər bizdən küsübsə, bu onun öz problemidir. İndiyədək xaricdən Azərbaycana gələn həkimlərdən bizdən inciyəni olmayıb. H. Koçeri incik salan bilmirəm hansı məsələdir, amma ona demək istəyirəm ki, yalnış məlumatlar verməklə camaatı düz yoldan əyri yola səsləməsin. Xəstələr gedib başqa ölkələrdə də, müalicə ala bilərlər. Biz kiminsə qarşısını kəsib Milli Onkologiya Mərkəzində müalicə almağa məcbur etmirik. Sadəcə olaraq öz xalqımıza düz istiqamət verib, onkoloji xəstələri ixtisaslaşmamış klinikalarda müayinə və müalicə olunmağa səsləyirik. Biz siyasət adamı deyilik ki, burada hansısa siyasi məqsədimiz olsun. Ölkənin baş onkoloqu kimi, onkoloji xəstələri təsadüfi, adını onkoloq qoyub onkoloji xəstəliklərin müalicəsində səhf metod seçən əcnəbi "həkimlərdən" qorumağa çalışırıq".