Bu da “Google”dan elektron axirət məktubu

12 Aprel 2013 16:19 (UTC+04:00)
Movqe.az xəbər verir ki, "Google" insanların ölümündən sonra virtual mühitdəki hesablarına nə olacağı mövzusuna aydınlıq gətirib. İnternet nəhənginin inkişaf etdirdiyi bir xüsusiyyət, istifadəçilərin ölümündən sonra ediləcək işləri planlaşdırır, gizlilik daşıyan və görülməsi istənməyən hesabları silir, mesaj göndərir hətta vaxtsız gələn ölüm zamanı paylaşılması lazım olan məlumatları paylaşır. "Google"dan edilən şərhdə yeni məhsulun ölümdən sonrakı rəqəmsal həyatı planlaşdırmağa köməkçi olduğu deyilərək ölümdən sonra həm insanların şəxsi həyatını qorumağa, həm də yaxınlarının həyatını yüngülləşdirməyə istiqamətləndirdiyi deyilib.  Açıqlamada "Bəlkə sənədlərinizin 90-in ölümünüzdən sonrakı həyatla bir əlaqəsi yoxdur lakin 10 faizi ailəniz, yoldaşınız, uşaqlarınız, iş yoldaşlarınız üçün çox əhəmiyyətli ola bilər" deylib. "Google"ın tətbiqində "zaman fasiləsi" adlı bölüm seçildikdən sonra ölümündən sonra mesaj göndərmək istədiyiniz kəsləri və bölüşmək istdiğiniz məlumatları seçirsiniz.