Obamadan Şimali Koreya xəbərdarlığı

12 Aprel 2013 18:02 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ prezident Barak Obama, "Şimali Koreya üçün artıq müharibə münasibətinə son vermək zamanıdır" deyib. Obama, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Ban Ki-mun ilə Ağ Evdəki görüşündə etdiyi çıxışında Şimali Koreyanın artıq müharibəyə təhrik edən davranışlarına son verməsi lazım olduğunu ifadə edərək,heç kəsin  Koreya Yarımadasında  qarşıdurma istəmədiyini qeyd edib. Obama, yenə də lazımlı bütün addımları atmağa hazır olduqlarını ifadə edərək, "ABŞ öz xalqını qorumaq üçün lazım olan bütün addımları atacaq və bölgədəki mütəffiqlərimizin məsuliyyətlərini yerinə yetirəcək. Şimali Koreya üçün artıq davaçı münasibətlərə son vermə zamanıdır" deyib. Obama, Suriyadakı vəziyyətin də "kritik bir vəziyyətə" gəldiyini bildirib.