2013-cü ilin ən güclü Günəş partlayışı

12 Aprel 2013 19:16 (UTC+04:00)
Movqe.az xəbər verir ki, ABŞ Milli Aviasiya və Kosmos Dairəsi (NASA), 2013-cü ilin ən güclü günəş partlayışının baş verdiyini bildirib. Günəşdə dünən reallaşan partlayışın saçdığı radioaktiv hissəciklər Yerin müxtəlif bölgələrində müvəqqəti olaraq radio şəbəkəsinin kəsilməsinə səbəb olub.

Orta dərəcəli olduğu bildirilən M6.5-dərəcəli günəş qasırğası dünən Bakı vaxtı ilə  11.16 -da reallaşıb. 

NASA səlahiyyətlisi Karen Fox, "2013-cü ildə indiyə qədər yaşadığımız ən şiddətli patlayış idi." deyib.