Həsənağa Sadıqov vəfat edib

1 Avqust 2018 14:15 (UTC+04:00)

Azərbaycanın əməkdar artisti və əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqov vəfat edib.

Movqe.az-ın məlumatına görə, bu barədə aparıcı Hacı Nuran Hüseynov məlumat yayıb.

Qeyd edək ki, 67 yaşlı sənətkar uzun müddət idi ki, yataqda müalicə olunurdu.

 

O, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məşhurlaşıb.