Tutuquşular hər şeyi necə anlayır?-FOTOLAR

13 Aprel 2013 12:51 (UTC+04:00)
Hər kəs tutuquşuları adətən civildəyən və ya ağılsızcasına sözləri təkrarlayan quş kimi tanıyırlar. Mövqe.az-ın məlumatına əsasən son 30 ilin araşdırmalarına görə tutuquşular daha çox şeyə naildilər, nəinki özləri təkrar etməyə hətta onlar sözləri dərk də edə bilirlər.  4-6 yaşlı uşağın beyin səviyyəsinə bərabər olan linqvistik məsələləri həll etməyə qadirdilər. Onlar "eyni" və "müxtəlif", "böyük" və "kiçik" sözlərinin mənalarını anlayır, rəqəmləri tanıya bilirlər. Bundan əlavə onlar söz və söz birləşmələrini də rahatlıqla təkrarlaya bilirlər. 

Araşdırmalara görə tutuquşular qəfəsə, əsarətə ən tez alışan və burada rahatlıq tapan quşlardandır. Hətta v

alideyn tutuquşular öz övladlarına unikal adlar verirlər, cücələr isə sonra bütün ömürləri boyu bu addan istifadə edirlər.