Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti mülayim proqnozlaşdırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-qərb küləyi arabir güclənəcək. Abşeron yarımadasında 28-33° isti, Bakıda 30-32° isti təşkil edəcək.