Havada təhlükə

13 Aprel 2013 13:25 (UTC+04:00)
Bu gün elektrik avadanlıqlarının işinə, eləcə də, insanların əhvalına mənfi təsir göstərən güclü Günəş fırtınası gözlənilir. ANS PRESS-in məlumatına görə, bunu BBC-nin canlı efirində İngiltərənin Redinq şəhərindəki universitetin professoru Kris Debi deyib. Onun sözlərinə görə, fırtınanın ən güclü vaxtı şənbə günü axşam saatlarına təsadüf edəcək: "Bununla belə, planetimizdə Günəş küləyi daha çox şənbə günü gecə yarısından bazar günü saat 03.00-adək hiss olunacaq".
Professor deyib ki, Avropanın şimal rayonlarında Şimal şəfəqi aydın müşahidə olunacaq. Kris Debinin sözlərinə görə, nəzəng termonüvə partlayışları nəticəsində Günəşin səthinə tullanan milyonlarla ton isti materiyalar hazırda kosmosda inanılmaz sürətlə hərəkət edir. Güclü elektromaqnit sahəsinə malik kütlənin bir hissəsi Yerin yuxarı təbəqələri ilə təmasa keçəcək. Nəticədə səmada şəfəq yaranacaq və buludsuz ərazidərdə aydın görünəcək.