Depressiyanın dərmanı tapılıb

10 Noyabr 2018 15:00 (UTC+04:00)

Milyonlarla insanın depressiyaya düşməsinin səbəbi amin turşusu aetil L-karnitin çatışmazlığıa ola bilər.

Movqe.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, araşdırmalar zamanı ağır depressiya hallarında qanda bu maddənin kritik dərəcədə aşağı düşdüyü müəyyən edilib.

Asetil L-karnitin normal şəkildə orqanizmdə istehsal olunur və yağların metobolizmində və enerji istehsalı zamanı əhəmiyyətli rol oynayır.

Alimlər həmçinin müəyyən edib ki, amin turşusu insanın psixi vəziyyətinə də təsir edir.

 

Qeyd edək ki, bu sahədə araşdırmalar 1991-ci ildən davam edir. Ekspertlər depresiyanın müalicəsində asetil L-karnitinin təsirinə diqqət edib. Rokfeller Universitetində siçanlar üzərində aparılan araşdırma zamanı müəyyən edilib ki, amin turşusu bir neçə günlük antidepressant rolunu oynaya bilir.

Bundan sonra alimlər insanlar üzərində araşdırma aparmağa başlayıb. Araşdrıma 20-70 yaşlı depresiya diaqnozu qoyulmuş 71 nəfər üzərində aparılıb. Əlavə nəzarət qrupuna isə 45 sağlam könüllü daxil olub.

İştiarkçılardan anketi doldurmaq, tibbi müayinədən keçmək və qan analizi vermək xahiş edilib. Ən aşağı göstəricilərə malik olan iştirakçılar siyahısına antidepressantlarla vəziyyətini korrektə edilməyən, gənc yaşlarından depressiyadan əziyyət çəkən, uşaqlıqda yoxsulluq, zorakılığa məruz qalan insanlar daxil olub Mütəxəssislərin fikrincə, xəstələrin 25-30 faizini belə insanlar təşkil edir və onların daha çox qayğıya ehtiyacları var.