Nigeriyada vəba epidemiyası 11 nəfəri öldürdü

15 Avqust 2018 13:49 (UTC+04:00)

Nigeriyanın şimalındakı Kano ştatında vəba epidemiyası qeydə alınıb.

Movqe.az-ın məlumatına görə, bu xəstəlik nəticəsində azı 11 nəfər həlak olub.

47 nəfər isə xəstəxanaya yerləşdirilib.

 

Qeyd olunur ki, xəstəlik 3 kəndin ərazisində qeydə alınıb.

Bir müddət əvvəl vəba nəticəsində 3 uşağın həlak olduğu məlumat verilmişdi.