Abdolbari Gözəl Belarus səfəri öncəsi “Qarabağ”la görüşdü - FOTO

12 Avqust 2018 15:32 (UTC+04:00)

“Qarabağ” sabah Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında qarşılaşacağı BATE ilə oyun üçün Belarusa yollanacaq. 

Movqe.az  xəbər verir ki, belə vacib oyun öncəsi klubun prezidenti Abdolbari Gözəl komandanı ziyarət edib. 

Son məşqdən əvvəl komandanın bazasına gələn Abdolbari bəy ilk olaraq baş məşqçi Qurban Qurbanovlagörüşüb. Komandanın son qarşılaşması, ümumiyyətlə cari mövsüm avrokubok perspektivləri haqqında danışılıb. Daha sonra Gözəl bəy futbolçularla görüşüb. 

 

Nitqində BATE ilə sonuncu qarşılaşmaya toxunan klub prezidenti məğlubiyyətə baxmayaraq komandaya inandığını, xüsusilə 2-ci hissədə komandamızın oyunundan məmnun qaldığını bildirib. 

Komandanın uzun illər Qurban Qurbanovla sabitlik yaxaladığını bildirən prezident “Qarabağ”ın artıq Avropada və dünyada tanınan bir klub olduğunu bildirib. 

Nəinki futbolda, həyatda düzgün strategiyanın vacibliyini vurğulayaraq “Qarabağ”ın uğurlarının sabitlik, dürüstlük və ədalət prinsipləri üzərində qurulduğunu bildirib. 

Baş məşqçiyə, komandaya inamını nümayiş etdirən kkub prezidenti Belarusda komandamızın müvəffəqiyyət qazanacağına inandığını vurğulayıb. 

Sonda Abdolbari Gözəl komandaya uğurlar arzulayıb.