Lerikdə zəlzələ olub

13 Avqust 2018 10:06 (UTC+04:00)

Avqustun 13-də Lerik rayonu ərazisində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Movqe.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 04:30-də Yardımlı stansiyasından 25 kilometr cənubi - şərqdə qeydə alınıb.

Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.