"Gülər Əhmədovanın bu gününə də həsəd aparırlarsa, daha mənim onlara sözüm yoxdur"
15 Aprel 2013 15:05 (UTC+04:00)
"Gülər Əhmədovaya təcridxanada xüsusi şərait yaradılması ilə bağlı
səslənən fikirlər cəfəngiyyatdır. Bu məlumatları yayanlar nəyə
əsaslanıb bu cür şaiyələr yayırlar bilmirəm. Amma təcridxananın
rəhbərliyi hamıya eyni münasibət sərgiləyir, hamıya eyni gözlə
baxır. Gülər Əhmədovaya təcridxanada xüsusi şərait yaradılması
barədə deyilənlər həqiqətəuyğun deyil".
Bu sözləri Movqe.az-a Gülər Əhmədovaya təcridxanada xüsusi şəraitin
yaradılması, qulluqçu tutulması barədə yayılan məlumatlara
münasibətində sabiq deputatın nümayəndəsi Zülfiyyə Bayramova deyib.
Z. Bayramova bildirib ki, Gülər Əhmədovaya da təcridxanada digər
məhbuslar kimi eyni qanun şamil olunur: "Aşığın sözü qurtaranda
nanay-nanay deyən kimi, Gülər Əhmədova barədə yalan məlumat
yayanlar da görünür əllərində tutarlı bir şey olmadıqlarından
başlayıblar cəfəngiyyat, əsassız xəbərlər yaymağa. Gülər
Əhmədovanın bu gününə də həsəd aparırlarsa, daha mənim onlara sözüm
yoxdur".