Yaponiyada istidən 144 nəfər ölüb

1 Sentyabr 2018 14:41 (UTC+04:00)

Yaponiyada isti hava səbəbindən aprel ayının 30-dan bu günədək 144 nəfər həlak olub.
Movqe.az azvision.az-a istinadən xəbər verir ki, 70 mindən çoxu xəstəxanalara yerləşdirilib. Qeyd olunub ki, avqustun 14-də ölkənin cənub-qərbində, Fukuoka və Hiroşima prefekturalarında havanın temperaturu müsbət 37 dərəcə, Osaka və Naqoyedə isə 36 dərəcəyə bərabər olub. 

Yaponiya paytaxtı Tokioda isə müsbət 34 dərəcə isti qeydə alınıb.