Pensiyalar vaxtından tez verilir - Qurban bayramı münasibətilə

16 Avqust 2018 21:39 (UTC+04:00)

Qurban bayramı münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayı üzrə pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi təmin edilib.

Nazirlikdən Movqe.az-a verilən məlumata görə, Fond avqust ayının 9-da Naxçıvan MR, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, 10-da respublika tabeli şəhərlər və əhalisi məcburi köçkün olan rayonlar, 15-də respublikanın digər rayonları üzrə pensiyaların maliyyələşdirilməsini təmin edib. Eyni zamanda, avqustun 16-da hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan əmək pensiyaçılarının pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb.

Pensiyaların maliyyə təminatı üçün tələb olunan maliyyə vəsaitlərinin Fondun orqanlarının xəzinə hesablarına köçürülməsi tam təmin olunub.