Quş qripinin yayılması sürətlə artır

15 Aprel 2013 17:17 (UTC+04:00)
 Movqe.az xəbər verir ki, yeni quş qripi növü olan H7N9 virusu  Çində sürətlə yayılmağa davam edir. Son dəfə Pekində bir uşaq bu epidemiyaya yoluxub. Ölkədə indiyə qədər 69 nəfərin quş qripinə yoluxduğu, bunlardan 13-ü həlak olub. H7N9-un peyvəndi isə hələlik tapılmayıb. Rəsmilər yeni növ quş qripinin insandan insana keçmədiyi, çaxnaşmaya gərək olmadığı, virusun yaranma səbəbinin araşdırıldığı və peyvənd işlərinin davam etməkdə olduğunu bildirib. Peyvəndi tapılmayan H7N9-a qarşı xalqın lazım olmadıqca sıxlıq yerlərə getməməsi, tez-tez əllərini yuması, otaqlarını ventilyasiya etmələri və xəstəlikdən ölmüş heyvanları yeməməsi, qanadlı heyvanları yeyərkən, 70 dərəcədən çox bişirdikdən sonra yeməsi kimi tövsiyələr edilir. Xəstəliyin, yüksək hərarət və şiddətli öskürək ilə başladığı, sonra sətəlcəmə çevrilərək, ölümə səbəb olduğu deyilir.