Rusiya səfiri: Xəzərin statusu haqqında Konvensiyanın imzalanması tarixi hadisədir

20 Avqust 2018 11:43 (UTC+04:00)

Xəzər dənizinin statusu haqqında Konvensiyanın imzalanması tarixi hadisədir.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov deyib.

Səfirin sözlərinə görə, vacib amil ondan ibarətdir ki, bu Konvensiya ilk növbədə öz maraqlarını nəzərə alan beş müstəqil dövlət tərəfindən imzalanıb.