FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

20 Avqust 2018 15:45 (UTC+04:00)

Qurban bayramı günlərində Fövqəladə Hallar Nazirliyinin (FHN) qəza-xilasetmə qurumları və regional mərkəzləri gücləndirilmiş iş rejimində işləyəcək.

 

Movqe.az-ın nazirliyin saytına istinadən məlumatına görə, bu məqsədlə imzalanmış əmrə əsasən həmin qurumların növbətçi və ehtiyat qüvvələri yüksək hazırlıq səviyyəsinə gətirilib, aidiyyəti üzrə şəxsi heyət əlavə olaraq təlimatlandırılıb.