Novruz Məmmədov Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

21 Avqust 2018 10:07 (UTC+04:00)

 Baş nazir Novruz Məmmədov Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Movqe.az-ın xəbərinə görə, baş nazirin sosial şəbəkələr vasitəsilə yaydığı təbrikdə deyilir:

“Mənəvi saflığı, yüksək əxlaqi dəyərləri tərənnüm edən, xeyirxahlıq və birlik rəmzi olan Qurban bayramı münasibətilə bütün izləyənləri təbrik edirəm. Bu əziz bayramda hər birinizə xoşbəxtlik, can sağlığı, ruzi-bərəkət və firavan həyat arzulayıram. Qurbanlarınız qəbul olsun!”.