Əfqanıstan prezidentinin çıxışı zamanı Kabil raket atəşinə tutulub

21 Avqust 2018 10:11 (UTC+04:00)

Əfqanıstan prezidenti Əşrəf Qəninin Qurban bayramı münasibətilə çıxışı zamanı paytaxt Kabil raket atəşinə tutulub. 

Movqe.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "TOLO news" telekanalı məlumat yayıb.

Hücum yerli vaxtla saat 09:00-da baş verib və hədəf prezident sarayı olub. 

"Zorakılığı davam etdirən qruplar var. Amma onlar raketlərlə Əfqanıstanın inkişafını dayandıra bilməzlər", - deyə Ə.Qəni bildirib.

Raketlərin paytaxtın hansı hissələrinə düşdüyü və dəyən ziyanla bağlı əlavə məlumat verilməyib.

Terror qruplaşmalarından heç biri hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.