Sarkisyanın əmisi oğlu axtarışa verildi

21 Avqust 2018 14:36 (UTC+04:00)

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın əmisi oğlu Narek Sarkisyan beynəlxalq axtarışa verilib.
Movqe.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin rəhbəri Valeri Osipyan bildirib. Onun sözlərinə görə, Narek Sarkisyan qanunsuz silah gəzdirməkdə, narkotik vasitələr saxlamaqda, dələduzluqda və insan oğurluğunda ittiham edilir. 

Xatırladaq ki, N.Sarkisyan və onun mühafizəçisi iyul ayının əvvəlində ölkədaxili axtarışa verilmişdi. O, qanunsuz silah və narkotik saxlamaqda təqsirli bilinir.