S-400 raket komplekslərinin Türkiyəyə göndəriləcəyi tarix açıqlandı

21 Avqust 2018 17:37 (UTC+04:00)

Rusiya istehsallı S-400 zenit-raket komplekslərinin Türkiyəyə göndəriləcəyi tarix açıqlanıb.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, "Rosoboroneskport" dövlət şirkətinin baş direktoru Aleksandr Mixeyev bildirib ki, S-400-lərin tədarükü razılaşdırılan müddət ərzində həyata keçiriləcək:

"Zenit-raket komplekslərinin Türkiyəyə təhvil verilməsinə 2019-cu ildə başlanılacaq".

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Konqresi F-35 qırıcılarının 5-ci nəslinin Türkiyəyə tədarükünü dondurub. Buna səbəb kimi Ankaranın Rusiyadan S-400 zenit-raket komplekslərini almaq niyyəti göstərilib.