Rusiya "Eurovision"da qalib gəldi

24 Avqust 2018 10:35 (UTC+04:00)

Rusiyalı pianoçu İvan Bessonov "Eurovision Young Musicians" müsabiqəsində qalib gəlib.

Movqe.az milli.az-a istinadən bildirir ki, 16 yaşlı İT.Bessonovla yanaşı finala norveçli violençelçi Berqitta Oftestad, sloven skripkaçı Nikola Payanoviç, çex kontrabasçı İndi Stivin, alman skripkaçı Mira Foron və macar saksafonçu Matte Bense çıxmışdılar.

 

Şotlandiyanın Edinburq şəhərindəki müsabiqədə Bessonov dahi bəstəkar Çaykovskinin 1-ci konsertini ifa edib. Finalçıları Şotlandiyanın Simfonik Orkestri müşayiət edib.