Allahşükür Paşazadə: Həccə gedənlərin demək olar ki, hamısı sağ-salamat qayıdıb

4 Sentyabr 2018 10:57 (UTC+04:00)

Həccə gedənlərin demək olar ki, hamısı sağ-salamat qayıdıb. İki ildir ki, bizim hacıların arasında xəstələnmə yoxdur, onlar sağ-salamat qayıdırlar.

 

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

O, deyib: "Sovet dövründə hər il 1-2 nəfər Həccə ziyarət gedərdi. Bu gün müstəqillik dövründə yaranan şərait imkan verir ki, insanlar Həccə gedə bilirlər. Buna görə biz öz dövlətimizə təşəkkür edirik".