Daha bir erməni hərbçi Qarabağda öldü

4 Sentyabr 2018 12:12 (UTC+04:00)

Ermənistan Silahlı Qüvvələrinin hərbçisi 1990-cı il təcəllüdlü Vazgen Xaçatryan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

Movqe.az report-a istinadən xəbər verir ki, bu məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, qəza ilə bağlı araşdırma aparılır.