Sumqayıtda yük və minik avtomobili toqquşub

4 Sentyabr 2018 12:34 (UTC+04:00)

Sumqayıt şəhərində “Ford” markalı yük və minik avtomobili toqquşub.

FHN-dən Movqe.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Sumqayıt Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yük avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 

Əməliyyat başa çatıb.