Dağıstanda qəza nəticəsində 74 yaşayış məntəqəsi qazsız qalıb.
Movqe.az Trend-ə istinadən xəbər verir ki, Tabasaranskda "Kamaz" markalı yük avtomobilinin əsas borulardan biri ilə toqquşması nəticəsində 219 mm-lik diametrə malik qaz sızması yaranıb.
Hadisə nəticəsində partlayış baş verməyib.
Yaranan problemin bu günün sonuna qədər aradan qaldırılacağı deyilir.