Klublararası dünya çempionatının püşkü atıldı

4 Sentyabr 2018 14:49 (UTC+04:00)

FIFA-nın İsveçrənin Sürix şəhərindəki mənzil qərargahında Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək klublararası dünya çempionatının püşkü atılıb.

Movqe.az-ın goal.az-a istinadən məlumatına görə, püşkatma nəticəsində turnirdə mübarizə aparacaq cütlüklər müəyyənləşib.

Açılış oyunu dekabrın 12-də Birləşmiş Ərəb Əmirliklərinin "Al-Ein" və Yeni Zelandiyanın "Vellington" komandaları arasında təşkil olunacaq. Görüşün qalibi növbəti mərhələdə finalda Afrika Çempionlar Liqasının (CAF) hələlik müəyyənləşməyən qalibi ilə qarşılaşacaq. Digər oyun isə Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkəri Futbol Konfederasiyası (CONCACAF) Çempionlar Liqasının qalibi Meksika "Guadalajara"sı ilə Asiya Çempionlar Liqasının (AFC) qalibi arasında keçiriləcək. Bu, turnirdə üçüncü oyun olacaq.

Turnirin və UEFA Çempionlar Liqasının son qalibi olan Real Madrid klubu  ilə Libertadores Kubokunun (CONMEBOL) qalibi mübarizəyə yarımfinal mərhələsindən qoşulacaq. II matçın qalibi yarımfinalda CENMEBOL-un qalibi ilə qarşılaşacaq. III matçın qalibi isə yarımfinalda Real Madrid-in rəqibi olacaq. Yarımfinal mərhələsinin oyunları 18-19 dekabrda keçiriləcək.

Final və üçüncü yer uğrunda oyun dekabrın 22-də təşkil olunacaq.