Şəmkirdə evdən pul və qızıl əşyalar oğurlanıb

4 Sentyabr 2018 17:39 (UTC+04:00)

Şəmkirdə evdən pul və qızıl əşyalar oğurlanıb.

DİN-dən Movqe.az-a verilən məlumata görə, Şəmkir və Qusar RPŞ-lərin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 30-da Şəmkir rayonu ərazisindəki evlərin birindən 1200 manat, qızıl əşyalar və mobil telefon oğurlamaqda şübhəli bilinən Anar Nağdıyev saxlanılıb.