Ukraynada azərbaycanlı ailə gülləbaran edildi: ər-arvad öldü

5 Sentyabr 2018 12:54 (UTC+04:00)

Ukraynanın Donetsk vilayətinin Budyonnovskiy rayonu ərazisində azərbaycanlı iş adamına məxsus minik avtomobili gülləbaran edilib.

Movqe.az milli.az-a istinadən xəbər verir ki, əslən Azərbaycanın Şəmkir rayonundan olan, 1978-ci il təvəllüdlü Əmirov Qulu Həsənalı oğlu və həyat yoldaşı Lyudmila Əmirova hadisə nəticəsində ölüblər.

 

İş adamı və həyat yoldaşı rayon sakinləri olub və ailəvi biznes ilə məşğul olublar.