"Tarqovu"da skamyada kişi meyiti tapıldı - FOTO

5 Sentyabr 2018 13:58 (UTC+04:00)

Bu gün Bakının mərkəzində meyit aşkarlanıb.

Movqe.az news24.az-a istinadla xəbər verir ki, paytaxtın "Tarqovı" adlandırılan hissəsində skamyada ölmüş şəxsin cansız bədəni tapılıb. Hadisə yerindəki müxbirin verdiyi məlumata görə, ölən şəxsin kimliyi hələlik məlum olmayıb.

Hadisə yerinə təcili yardım maşını gəlsə də, şəxsin artıq öldüyü təsdiqlənib.