Ali Hərbi Məktəbdə təlim-metodiki toplanış keçirilir

5 Sentyabr 2018 16:39 (UTC+04:00)

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində professor və müəllim heyəti ilə təlim-metodiki toplanış öz işinə başlayıb.
Müdafiə Nazirliyindən Movqe.az-a verilən xəbərə görə, toplanışda çıxış edən Ali Hərbi Məktəbin rəisi general-mayor Fizuli Salahov məktəbdə keçən müddət ərzində aparılan fəaliyyətləri təhlil edərək yeni tədris dövründə qarşıda duran vəzifələri, xüsusilə də Müdafiə nazirinin tapşırıqlarını tədbir iştirakçılarına çatdırıb.

General-mayor F.Salahov zabit kadrlarının hazırlanmasına, eləcə də döyüş hazırlığı üzrə qarşıda duran tapşırıqların vaxtında və dəqiq icrasına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Təlim-metodiki toplanış sentyabrın 7-dək davam edəcək.