“Azercell”dən Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizə dəstək

6 Sentyabr 2018 12:10 (UTC+04:00)

Dünyada kompüter elmi sahəsində ən nüfuzlu yarışlardan hesab olunan Beynəlxalq İnformatika Olimpiadasında ölkəmiz də təmsil olunur.

Yaponiyanın Tsukuba şəhərində keçirilən 85 ölkədən 340 şagirdin qatıldığı olimpiadada ölkəmiz adından Fizika, Riyaziyyat və Informatika təmayüllü Respublika Liseyinin IX sinif şagirdi Abutalıb Namazov, Lənkəran şəhər 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Murad Eynizadə, Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ziya Muxtarov, Bakı şəhəri 27 nömrəli tam orta məktəbin XI sinif şagirdi Rəfail Səddatimov iştirak edirlər.

Korporativ Sosial Məsuliyyət strategiyasında təhsilimizin və gələcəyimiz olan uşaqların inkişafına yönəlik layihələri ilə hər zaman seçilən Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” MMC bu dəfə də nüfuzlu olimpiadada şagirdlərimizin uğur qazanmasına dəstək göstərir.

Belə ki, məktəblilər olimpiadaya yola düşməzdən öncə “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində xüsusi hazırlıq keçiblər.

Məşğələlərdə əsas məqsəd şagirdlərin olimpiadalara hazırlıq prosesinin stimulllaşdırılması, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, elmi potensialının nümayiş etdirilməsi üçün şəraitin yaradılması, müxtəlif müsabiqələr nəticəsində müəyyənləşdirilmiş istedadlı şagirdlərlə səmərəli hazırlığın həyata keçirilməsi olub.

2019-cu ildə Bakı şəhərində keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycan məktəbliləri ilk dəfə hələ 1994-cü ildə, iştirak edib. Bu beynəlxalq tədbirdə Azərbaycan bu günə qədər 1 gümüş, 4 bürünc olmaqla 5 medal qazanıb. Beynəlxalq İnformatika Olimpiadasının keçirilməsində məqsəd kompüter bilikləri sahəsində xüsusi qabiliyyətli gəncləri tanıtmaq, informatika elminin önəmini gənclərə çatdırmaqdır.

“Azercell Telecom” şirkəti ölkəmizi Yaponiyada keçirilən olimpiadada təmsil edən şağirdlərimizə uğurlar arzulayır!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilib. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir.

Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim edib.

Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell” şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

“Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.