Azərbaycanlı qadınları Türkiyəyə “satan” tutuldu

6 Sentyabr 2018 13:48 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının tədbirləri nəticəsində axtarışda olan 1992-ci il təvəllüdlü Günel Hüseynova həbs edilib.

Oxu.Az xəbər verir ki, İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi bu ilin əvvəlində Günel Hüseynova barəsində axtarış elan edib.

26 yaşlı qadının insan alveri ilə məşğul olması barədə idarəyə bir neçə zərərçəkmiş şəxs şikayət edib və araşdırma aparılıb.

Günel Hüseynovanın cinayət əməli törətməsi məlum olub. O, bir neçə qadını Türkiyəyə aparıb və orada cinsi istismara məruz qoyub.