Angela Merkel Suriya məsələsini Rusiya və Türkiyə prezidentləri ilə müzakirə edib

6 Sentyabr 2018 21:30 (UTC+04:00)

Almaniya kansleri Angela Merkel Suriyanın İdlib əyalətindəki vəziyyəti Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla müzakirə edib.

“Report” xəbər verir ki, bu barədə A.Merkel RTL və N-TV telekanallarına müsabisində bildirib.
“Biz İdlibdə humanitar fəlakətə yol verməməliyik. Bu, ən başlıca vəzifəmizdir. Bu mövzunu Ərdoğan və Putinlə müzakirə etmişik”, - kansler bildirib.
A.Merkelin fikrincə, İdlib əyalətində vəziyyət birmənalı deyil, çünki bir tərəfdən radikal qruplarla mübarizə aparılmalı, digər tərəfdən də dinc əhali qorunmalıdır.