Ukraynada uçot dərəcəsi artırılıb

6 Sentyabr 2018 23:30 (UTC+04:00)

Ukrayna Mərkəzi Bankının (UBM) İdarə Heyəti uçot dərəcəsinin 17,5%-dən 18%-ə qaldırılması barədə qərar qəbul edib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun açıqlamasında qeyd olunub.
Yeni uçot dərəcəsi sabahdan qüvvəyə minəcək.
UMB hesab edir ki, 2019-cu ildə ölkə iqtisadiyyatında 2,5%, 2020-ci ildə isə 2,9% artım baş verəcək.