SON DƏQİQƏ! İranda güclü zəlzələ oldu

7 Sentyabr 2018 11:13 (UTC+04:00)

İranın cənubunda güclü zəlzələ baş verib. Movqe.az-ın məlumatına görə, yeraltı təkanlar 5.5 bal gücündə olub.

Bildirilir ki, zəlzələ Bam vilayətindən 126 kilometr aralıda, saat 06:23 radələrində qeydə alınıb.

 

Yeraltı təkanların dərinliyi 10 kilometr olub.

Təbii fəlakət nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.