Həkimlərin işə qəbulu ilə bağlı müsabiqənin nəticələri açıqlandı

17 Aprel 2013 11:54 (UTC+04:00)

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeçiliyində olan səhiyyə müəssisələrinə həkimlərin mərkəzləşdirmiş qaydada işə qəbuluna dair ilk müsabiqənin nəticələri açıqlanıb.


Səhiyyə Nazirliyindən Mövqe.az-a verilən məlumata görə, tibb müəssisələrində həkim ixtisası üzrə nəzərdə tutulmuş vəzifələrə namizədlər aşkarlıq şəraitində şəffaf üsullarla müsabiqə əsasında qəbul edilirlər. 


Müsabiqə iki mərhələdən - test imtahanı və müsahibədən ibarətdir. Hər iki mərhələdə müsbət nəticələr əldə etmiş həkimlərə müvafiq qaydada səhiyyə müəssisəsində işə qəbul olunmaq üçün Səhiyyə Nazirliyi tərəfindən göndəriş verilir.