Oğurladıqları evi yandıranlar tutuldu

10 Sentyabr 2018 12:34 (UTC+04:00)

Neftçalada oğurluq etdikləri evləri yandıran dəstə üzvləri saxlanılıb.

Movqe.az DİN-ə istinadən xəbər verir ki, Neftçala rayon sakini Rəşad Səlimovun yaşadığı evdən 100 manat və 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Həmin cinayəti törətməkdə şübhəli bilinən rayon sakinləri Eldar Tağıyev,  Ramin Rütəmov və qardaşı Taleh saxlanılıblar.  İstintaqın gedişi zamanı dəstə üzvlərinin iyul-sentyabr ayları ərzində rayon ərazisində daha 5 evdən oğurluq etdikləri məlum olub. Qeyd edək ki, dəstə üzvləri oğurluğa daxil olduqları evlərdən ikisini izi itirmək məqsədi ilə yandırıblar. Oğurluq yolla əldə edilən qızıl-zinət əşyaları isə satılaraq dəstə üzvləri arasında bölünüb.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.