Yasamalda 9 mərtəbəli binada yanğın olub

10 Sentyabr 2018 14:21 (UTC+04:00)

Yasamalda 9 mərtəbəli binada yanğın olub.

FHN-dən Movqe.az-a verilən məlumata görə, doqquzmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 7-ci mərtəbəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanıb.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.