Göl kənarında dəfinə tapıldı - FOTO

10 Sentyabr 2018 16:03 (UTC+04:00)

İtaliyadakı Komo gölünün sahilində aparılan arxeoloji-qazma işləri zamanı yaşı 1500 ildən artıq yaşı olan yüzlərlə qızıl sikkə tapılıb.

Movqe.az milli.az-a istinadən bildirir ki, arxeoloqlar pulları Qədim Roma imperiyasının süqut dövrünə aid edirlər.

Sikkələr vaxtilə Kressoni teatrının qalıqlarının olduğu yerdə aparılan arxeoloji-qazma işlərində aşkarlanıb.

 

Sikkələr steatitdən hazırlanmış amforada idi.

Tapıntının on milyonlarla dollar dəyərində olduğu vurğulanır.