Dolların bugünkü məzənnəsi

13 Sentyabr 2018 10:22 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı 13 sentyabr tarixinə olan valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Movqe.az-a verilən məlumata görə, rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 1,9762 manat təşkil edir.

1 türk lirəsi 0,2678 manat, 1 rus rublu 0,0247 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6510 manatdır.