Lirə üçün həlledici gün

13 Sentyabr 2018 09:15 (UTC+04:00)

Bu gün Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Komitəsinin sentyabr iclası keçiriləcək. Movqe.az xəbər verir ki, artıq bir neçə gündür bazarlar MB-nın bu iclasında veriləcək qərara köklənib.

Faizlərin 4,25 bənd artırılaraq, 17,75%-dən 22%-ə qaldırılacağı irəli sürülür. 

Faiz artımından sonra dolların məzənnəsinin 6,50 lirədə sabitləşəcəyi irəli sürülür. Mərkəzi Bankın faiz artımına getməyəcəyi təqdirdə, dolların 7 lirəyə qədər möhkəmlənməsi istisna edilmir. 

Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı ilin sonuna lirənin dollara nisbətdə məzənnəsinin 6,59 lirə təşkil edəcəyini açıqlayıb.