Türkiyədə uçot dərəcəsi 24%-ə çatdırılıb

13 Sentyabr 2018 20:30 (UTC+04:00)

Bu gün Türkiyə Mərkəzi Bankının Pul siyasəti komitəsinin növbəti iclası keçirilib.

“Movqe” türk mətbuatına istinadən xəbər verir ki, iclasda uçot dərəcəsinin 6,25 faiz bəndi artırılaraq 17,75%-dən 24%-ə çatdırılmasına qərar verilib.
Qərardan sonra türk lirəsi digər xarici valyutalar, o cümlədən ABŞ dolları qarşısında bahalaşıb. TRY/USD nisbəti 6,41-dən 6,03-ə düşüb.