BAKIDA KEÇMİŞ MƏHKUMDAN SİLAH-SURSAT GÖTÜRÜLÜB

14 Sentyabr 2018 14:39 (UTC+04:00)

Bakıda keçmiş məhkumdan silah-sursat götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, Nəsimi rayon Polis idarəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş Azər Bağırovdan “Beretta-8000” markalı tapança və 19 ədəd patron götürülüb.