Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

14 Sentyabr 2018 14:46 (UTC+04:00)

Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 300 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 13 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01 faiz) ilə 99.3812 AZN (8.01 faiz) arasında olan 22 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 512 681 600, 00 AZN olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01 faiz) müəyyənləşdirilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300 000 000AZN təşkil edib.
Notlar oktyabrın 10-da ödəniləcək.