Azərbaycan və Türkiyə prezidentləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

15 Sentyabr 2018 15:52 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 15-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

Dövlət başçıları Ulu Öndərin məzarı önünə əklil qoyublar.